ABŞ Tayvana 8 milyard dollarlıq F-16 qırıcı təyyarələri göndərəcək

11:28 | 21 Avqust, 2019

ABŞ administrasiyası avqustun 20-də Tayvana 66 F-16 qırıcısının çatdırılması qərarı barədə Konqresə rəsmi məlumat verib.

bu barədə jurnalistlərə ABŞ Dövlət departamentinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, qırıcılarla birgə 8 milyard dollar məbləğində əlavə avandlıqların çatdırılması barədə qərar verilib.

Məlumata əsasən, həmin hərəkət xarici hərbi yardim çərçivəsində ediləcək.