Həkimlərin 72 saat vaxt qoyduğu aktyorumuzdan XƏBƏR VAR

13:52 | 21 Avqust, 2019

“Heç bir irəliləyiş yoxdur. Həkimlər deyir ki, ürəyin hesabına nəfəsi gedib gəlir. Ürəyi nə vaxt dayansa, aparatdan ayıracağıq. Ümidimiz Allahın möcüzəsinədir”.

Editor.az bildirir ki, bu fikirləri “ölkə.az”a açıqlamasında Dövlət Musiqili Teatrının aktyoru Elçin İmanov ötən gün komaya düşən həmkarı Məhərrəm Qurbanov haqqında danışarkən səsləndirib. İmanov bildirib ki, M.Qurbanov oktyabrda 60 illiyini qeyd etməyi planlaşdırırmış:

“Ad günü yayda idi. Dedi ki, indi şəhərdə heç kim yoxdur, oktyabrda hamını bir yerə yığacağam. İndi də belə… Ümidimiz Allahadır”.

Qeyd edək ki, tanınmış aktyor Məhərrəm Qurbanov insult keçirib. O,  ötən gündən komadadır. Yaxın mətbuata açıqlama verərək həkimlərin ona 72 saat vaxt qoyduğunu bildirmişdilər.