Nazir müavini və icra başçısı pilotun dəfnində ağladı – FOTO

13:47 | 21 Avqust, 2019
Pilot Rəşad Atakişiyevlə vida mərasimində bir sıra rəsmi şəxslər də iştirak edib.
Editor.az ölkə.az-a istinadən xəbər verir ki, Yasamal rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev pilot dəfn edilərkən göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, təlim-məşq uçuşu zamanı qəzaya düşən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısının pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dünən nəşi tapılıb.