Rusiyanın ən varlısı azərbaycanlıdır

14:18 | 21 Avqust, 2019

Rusiyanım “Lukoil” şirkətinin Azərbaycan əsilli sahibi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov ölkənin ən varlı varisi elan edilib.

21,8 milyard dollar sərvətə sahib V.Ələkbərov özündən sonra bütün səhmlərinin oğluna çatacağını açıqlayıb.

Qeyd edək ki, Yusif Ələkbəriv 2018-ci ildə şirkətdəki vəzifəsindən gedib. O, hazırda alkoqolsuz içki istehsal edən “Plan B” şirkətinə rəhbərlik edir. Rusiyanın ən varlı varisinin atası ilə birgə “Lukavto” ASC, “EKTO” şirkəti var, Sibirdə yerləşən neft kəmərinin səhmlərinin 69%-nə sahibdir.

Ölkənin 2-ci ən varlı varisi isə 24,4 milyard dollar sərvətə sahib Leonid Mixelsonun 2 oğludur. 3-cü pillədə qərarlaşan Vladimir Lisinin 22,9 milyard pulu övladları Dmitri, Anastasiya və Yuri arasında bölünəcək.

//Demokrat.az