YPX maşını qəzaya düşdü — 3 avtomobil toqquşdu

14:32 | 21 Avqust, 2019

Mingəçevirdə YPX-yə məxsus avtomobilin də iştirakı ilə zəncirvari yol qəzası baş verib. 

hadisə gecə saatlarında M.Maqomayev prospektində baş verib. Belə ki, “VAZ 2107”, “VAZ 21099” və YPX-yə aid “BMW” markalı avtomobillər toqquşub.

Toqquşmanın təsirindən “BMW” idarəetmədən çıxaraq səkiyə qalxıb.

Qəza nəticəsində sürücülər yüngül xəsarətlə qurtulsa da, “VAZ 2107”də olan və xəsarəti nisbətən ciddi olan 1973-cü il təvəllüdlü şəhər sakini Allahverdiyev Tapdıq Aslan oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

//APA