Araz Ağalarovun qardaşı qızının evi qarət olundu

11:34 | 22 Avqust, 2019

Rusiyada yaşayan azərbaycanlı biznesmen Araz Ağalarovun qardaşı qızı Səbinə Ağalarovaya məxsus olan evə oğrular girib.

Bununla bağlı polisə şikayət edən Səbinə külli miqdarda pulunun və iki dəyərli kürkünün götürüldüyünü bildirib.

Avqustun 9-da evdən gedən və 10 gün sonra geri qayıdan Səbinə seyfi yoxlamayıb. Bir neçə gün sonra seyfə baxan qız 25 min dollarının, təxminən 1 milyon rublın olmadığını görüb. Oğrular Ağalarovanın qızıllarına əl vurmayıblar.

Səbinə əşyalarının götürülüməsində işçilərini, əsasən də mühafizəçini günahlandırır.

///Axşam.az