İmişlidə iki maşın toqquşdu, FHN bir nəfəri xilas etdi

12:02 | 22 Avqust, 2019

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İmişli rayonunun Qaravəlili kəndində “Mercedes” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

FHN-dən  verilən məlumatına görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.