General-leytenant Etibar Mirzəyev yanğın baş verən ərazidə

16:34 | 22 Avqust, 2019
Xəbər verdiyimiz kimi, Nərimanov rayonu, “Baksol” yolunda yerləşən “Taxta Bazarı”nda yanğın başlayıb.
Editor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, artıq hadisə yerinə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də gəlib. O, yanğınsöndürmə işləri ilə tanış olub, müvafiq tapşırıqlarını verib.
Xatırladaq ki, yanğın baş verən ərazidə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası işləyir.