Bakının taxta bazarında altıdan çox obyekt yanır, digərlərinə də keçir – YENİLƏNİB + FOTO/VİDEO

16:46 | 22 Avqust, 2019

Səhiyyə Nazirliyi Nərimanov rayonundakı taxta bazarının tyanması ilə bağlı məlumat yayıb.

təcili tibbi yardıma çağırış saat 15:12 də daxil olub:

“Hadisə yerinə 10 təcili yardım briqadası göndərilib. Hələlik təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat daxil olarsa, bu barədə əlavə məlumat verəcəyik”.

 

Bakıda taxta bazarında yanğın davam edir.

hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.

Hazırda altıdan çox obyekt yanır. Yanğın yaxınlıqdakı obyektlərə də keçir.

 

Bakıda yanğın başlayıb.

yanğın Nərmanov rayonunda, Dərnəgül ərazisində yerləşən taxta bazarında baş verib.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə biriqadası cəlb olunub.