Azərbaycanda daha bir güclü yanğın başladı – Helikopter göndərilib

17:25 | 22 Avqust, 2019

Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında quru ot sahəsində güclü yanğın başlayıb.

Edtor.az FHN-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin 64 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub.