Qonşu qızla oğlan intihar etdi – Azərbaycanda faciə

10:26 | 23 Avqust, 2019
Ötən gün axşam saatlarında Bərdənin Qasımbəyli kəndində iki gənc intihar edib.
Editor.az “qafqazinfo”ya istinadən xəbər verir ki, kənd sakini, 1990-cı il təvəllüdlü İlyasov Tural Xəqani oğlu özünü bıçaqlayıb.
Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb.
Eyni vaxtda həmin kənddə yaşayan 2000-ci il təvəllüdlü Əliyeva Bahar Əhliman qız isə özünü asıb. İntihar edən şəxslərin Qasımbəyli kəndində qapıbir qonşu olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.