Hacıqabulda mikroavtobus qəzaya düşdü – 8 yaralı

11:33 | 23 Avqust, 2019
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, mikroavtobusun qəzaya düşməsi səbəbilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına müxtəlif dərəcəli xəsarətlərlə 8 nəfər müraciət edib. Müraciət edən şəxslərdən 5 nəfəri qadın (62, 52, 36, 20, 17 yaşlı), 3-ü isə kişidir (43, 47 və 14 yaşlı).
Yaralılardan 6-nın xəsarətləri yüngül olduğundan gün ərzində ambulator müalicəyə buraxılacaqları gözlənilir. Digər iki nəfərin – 62 yaşlı qadın və 43 yaşlı kişinin müalicələri travmatologiya şöbəsində davam edir.
Vəziyyətləri orta-ağır stabil qiymətləndirilir.