backend

Binəli Yıldırım: "15 iyul gecəsi ikinci milli istiqlal savaşı yaşanıb"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“15 iyul hərbi çevriliş cəhdini bir daha lənətləyirəm. 15 iyulda terror təşkilatı uduzdu, millət, demokratiya qazandı”.
bunu Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında təşkil edilən “15 iyul – Milli iradənin zəfəri” mövzusunda paneldə bildirib.
B. Yıldırım 15 iyul gecəsi insanların təhlükəni dərk edərək Türkiyə prezidentinin çağırışı ilə meydanlara axışdığını söyləyib: “Həmin gecə vətəndaşlar heç bir zorakılığa yol verməyib. İkinci bir milli istiqlal savaşı yaşanıb. Xalqımız tanka, təyyarəyə qarşı imanı ilə çıxıb. Mən bu xalqın övladı olmağımla fəxr edirəm. Xalq həmin gün hər bir fərdi ilə cümhuriyyətə, demokratiyaya sahib çıxdı, namusunu xainlərin tapdamasına yol vermədi. Söz veririk ki, bu vətən namərdlərin tapdağı olmayacaq, bayrağımız heç vaxt enməyəcək, azanlarımız susmayacaq. Heç bir terror təşkilatı birliyimizi, qardaşlığımızı pozmayacaq. Biz daima bir, bərabər olacağıq. Heç kəs bu millətin iradəsinə qarşı çıxa bilməyəcək, təxribatlar bizi ayıra bilməyəcək. Qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Dinimizdən sui-istifadə etmək istəyənlərə bir daha fürsət verməyəcəyik. Xainlərin, günahkarların bu gün teatrlarda oynadıqları oyun onların alacaqları cəzalara mane olmayacaq. Türkiyə bir hüquq dövlətidir, qanun çərçivəsində günahkarlar cəzalarını alacaqlar”.
//APA