Ukrayna Ali Radasının iclasında bir sıra nazirlər təyin olunub

23:14 | 29 Avqust, 2019

Ukrayna Ali Radasının yeni tərkibdə keçirilən ilk iclasında bir sıra nazirlər təyin olunub.

deputatların səsverməsi nəticəsində Vadim Pristayko Xarici işlər, Andrey Zaqorodnyuk Müdafiə naziri, İvan Bakanov Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunublar. Onların hər üçü yüksək səs çoxluğu ilə bu vəzifələrə etimad göstərilib.

Qeyd edək ki, Ali Radanın ilk iclasında Ukraynanın yeni Baş Naziri, spikeri, vitse-spikerləri də seçiliblər.

//Trend