Bu gün bu ərazilərdə qaz olmayacaq

10:07 | 30 Avqust, 2019
Bu gün səhər saat 08:00-dan təmir işləri başa çatanadək Bakının Nəsimi rayonu, 20 yanvar və A.Məhərrəmov küçələrində qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İstehsalat Birliyindən Editor.az-a verilən məlumata görə, bu müddət ərzində orta təzyiqli yeraltı qaz xətti üzərində quraşdırma işləri aparılacaq.
Saat 09:00-dan etibarən isə Goranboy rayonu ərazisində yerləşən qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı rayon mərkəzi, bir neçə qəsəbə və kənddə də qaz verilişi saxlanılıb.
Saat 10:00-dan başlamaqla işlər yekunlaşanadək Şəki, Qax, Zaqatala, Oğuz və Balakən rayonlarının bir hissəsində qaz təchizatı dayandırılacaq. Bu, dövlət sərhədi avtomobil yolunun SOCAR-ın Qaz İxrac İdarəsinə məxsus magistral qaz kəməri ilə kəsişmə yerlərində yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə bağlıdır.
Təmir bərpa işlərinin aparılması məqsədilə saat 10:00-dan etibarən Sumqayıt şəhərinin bir hissəsində də qazın verilişində məhdudiyyətlər tətbiq ediləcək.
Mövzunu Facebookda şərh et