Rövnəq Abdullayevdən əmr: Maaşlar artırıldı

17:25 | 2 Sentyabr, 2019
Sentyabrın 1-dən SOCAR və qurumun tabeliyində işləyən bütün işçilərin tarif (vəzifə) maaşları artırılır. 
Editor.az Modern.az-a istinadən xəbər verir ki, SOCAR və Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) birgə qərarına əsasən, bu haqda əmr-qərar verilib.
SOCAR prezidenti Rövnəq Abdullayevin imzaladığı Əmr-qərarda deyilir:
•  1 sentyabr 2019-cu ildən SOCAR-da çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları 20 faiz artırılsın.
•  ”Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməliyinin ödənilməsi haqqında Əsasnamə”yə 1, 2, 3, 4, 6, 7, 7b, 8, 9, 10, 11, 12, 13, 14, 16, 18, 59a,65-1 və 65-2 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilsin.
•  Əmr-qərarın icrasına nəzarət SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımova və ANQSİHİRK-nın sədr müavini F. Mustafayevə həvalə edilsin.
SOCAR-dan faktı təsdiqləyiblər.