“Ekologiya postu”nun bölük komandirinə yüksək vəzifə verildi

14:10 | 4 Sentyabr, 2019

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. 

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Fuad Mayılov Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

O, bundan əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri vəzifədə çalışıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumatı saytımıza təsdiqləyib. Bildirib ki, Fuad Mayılovun yerinə təyinat yoxdur.