Azərbaycanda zəlzələ oldu

14:44 | 6 Sentyabr, 2019

Cəlilabadda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Editor.az-a verilən məlumata görə, 3 ballıq zəlzələ yerli vaxtla saat 10:41:04-də Cəlilabad stansiyasından 16 km cənubda Cəlilabad rayonunda qeydə alınıb.

Dərinliyi 21 kilometr olan yeraltı təkan hiss olunmayıb.