“Çirkin kişilərdən xoşum gəlir” – Azərbaycanlı aktrisa türkləri TƏƏCCÜBLƏNDİRDİ – FOTO

03:01 | 8 Sentyabr, 2019

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin baş roluna çəkildiyi “Aşk tesadüfleri sever-2” filminin İstanbulda baş tutan qala gecəsinin səs-küyü səngimək bilmir.

Milli.Az xəbər verir ki, geyimi və verdiyi pozaları ilə gecəyə damğa vuran azərbaycanlı aktrisa qardaş ölkə mətbuatına etdiyi açıqlama ilə maqazin mediasının əsas mövzusuna çevrilməyi bacarıb.

2020-ci ilin yanvar ayında vizyona girəcək filmdə rol alan Nəsrin Cavadzadə, eşq yaşadıqları söz-söhbəti səngimək bilməyən tərəfmüqavili Yiğit Kirazcının yaraşıqlı aktyor olduğunu bildirərkən “Mənim çirkin kişilərdən xoşum gəlir” ifadələrinə yer ayırıb.

Milli.Az