Yurçeviç istefaya göndərilir – Robert Prosineçki milliyə qayıdır?

12:35 | 9 Sentyabr, 2019

AÇ-2020-nin seçmə mərhələsində keçirdiyi dörd oyunun hamısında uduzan Azərbaycan millisində baş məşqçi dəyişikliyi baş verə bilər.

 

Sportal.az-ın məlumatına görə, AFFA rəhbərliyi yığmanın baş məşqçi postuna yenidən Robert Prosineçkini gətirmək istəyir.

 

Yurçeviçlə perspektivli yığma görməyən federasiya rəhbərliyi Prosineçki ilə danışıqlar aparacaq.

 

Ermənistana 2:4 hesablı məğlubiyyətdən sonra Bosniya və Herseqovina millisindən istefa verən Prosineçki bir müddət işdən kənar qalmaq istəyir. Onun Azərbaycan millisinə yenidən qayıdıb-qayıtmayacağı bəlli deyil. AFFA Prosineçkini razı salmaq üçün cəhd edəcək.

 

50 yaşlı mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb. Prosineçki Azərbaycan millisi ilə inkişafa nail olmağın qeyri-mümkün olduğunu bildirmişdi: “Bakı kimi gözəl şəhərdə yaşayırdım. Sadəcə, irəli gedəcəyimi görmədiyim üçün müqaviləni uzatmadım. Asan iş görərək çox pul qazanmaq mənim təbiətimə uyğun deyil. Həyatda bir çox şeylər var ki, bunu heç kim edə bilmir. Baş məşqçinin istəklərinin yerinə yetməsi üçün keyfiyyətli futbolçular lazımdır. Buna görə də ayrılmağım ən düzgün addım idi. Azərbaycanda futbolla bağlı vəziyyəti dəyişmək qeyri-mümkündür”.