Vilayət Eyvazov 3 rəisi vəzifəsindən kənarlaşdırdı

12:53 | 9 Sentyabr, 2019

Daxili İşlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.

Editor.az unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli sərəncama göndərilib.
Nazirin digər əmri ilə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov və Dövlət Yol Polis Şöbəsinin rəisi Elşad Nəbiyev tutduğu vəzifələrindən kənarlaşdırılaraq sərəncama götürülüb.

Xəbəri Xaçmaz rayon polis idarəsindən unikal.org-a təsdiqləyiblər.