“Xalq radikal müxalifətə qətiyyən inanmır” – Baş redaktor

17:57 | 10 Sentyabr, 2019
“Radikal müxalifətin yalanları, şər-böhtanları 40 gündən çox çəkə bilməz”
Bunu “Sherg.az”a “İki Sahil” qəzetinin baş Vüqar Rəhimzadə deyib.
Baş redaktor bildirib ki, onlar o qədər yarıtmaz insanlardır ki, bütün çirkin hərəkətlərə yol verirlər:
“Qərəzli şəkildə hökumət nümayəndələrinin, vəzifə sahiblərinin sözlərini təhrif etmək, kontekstdən çıxarmaq əsl cinayətdir. Göründüyü kimi, hər zaman dövlətə, millətə qarşı olan radikal qruplaşma öz məqsədinə nail olmaq üçün istənilən cinayətə əl atır.
Bu, çox yaramaz bir əməldir. Artıq xalqımız radikalları çox yaxşı tanıyır, onların kimliyini, nəyə qadir olduqlarını bilir.
O qədər uydurmalar danışıblar ki, xalq onlara qətiyyən inanmır, etimad göstərmir. Bu baxımdan radikal müxalifətdən hansısa müsbət addım, doğru hərəkət gözləməyin özü əbəsdir.
Çünki onların bütün fəaliyyəti saxtakarlıq, satqınlıq üzərində qurulub. Onlar üçün Vətən, torpaq, dövlət məfhumu yoxdur, ancaq öz maddi maraqlarını, mənafelərini güdürlər”.