Savaş qızışır: Quli Şakro Molodoya qarşı…backend

Savaş qızışır: Quli Şakro Molodoya qarşı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MDB məkanını ən nüfuzlu “qanunda oğrusu” sayılan Zaxari Kalaşov (Şakro Molodoy) kriminal qüvvələri nüfuzu sürətlə artan Nadir Səlifova (Lotu Quli) qaldırmaq cəhdi uğursuzluqla başa çatıb.

Editor.az Modern.az-a istinadən xəbər verir ki, təzyiqlərə başlamaq üçün formal səbəb avqustun 26-da Türkiyədə baş verən insident olub.

Həmin gün 35 yaşlı “qanunda oğru” Quram Çixladze (Kvejoviç) Nadir Səlifovla görüş zamanı onun yaxın ətrafına daxil olan Arman Cumaqeldiyev (Dikiy Arman) tərəfindən döyülmüşdü. Qazax əsilli Cumqeldiyev gürcü “qanuni oğru”nun Nadir Səlifovla danışığında sərhədi aşdığını hesab edərək onu döymüşdü.

Baş verənlərdən sonra moskvalı “qanuni oğru” Badri Koquaşvili (Kutaisski) Çixladzenin döyülməsinə göz yuman Səlifovun “qanunda oğru” adını daşımağa layiq olmadığını bildirmişdi. Zaxari Kalaşvo da baş verənlərdən kənarda durmayaraq, Çixladzenin döyülməsini özünə qarşı zərbə saymışdı. Amma “Ded Xasan”nın varisi sayılan Zaxari Kalaşovun istəyi əks effekt verdi.

“Lotu Quli”nin kriminal aləmdə nüfuzu daha da artıb və o hazırda Merab Canqveladze (Suxumski) ilə birgə alyans yaradıb. Bu alyans Zaxari Kalaşovun azərbaycanlı avtoritet qarşısında məğlub duruma düşməsi deməkdir.

Canqveladze Kalaşovla telefon danışığı zamanı Nadir Səlifovu öz “qardaşı” adlandırıb və daha kriminal oyunlara getməyəcəyini xatırladıb.