Rusiyada ilin idmançısı seçildi – Bu, Həbib Nurməhəmmədov deyil

11:50 | 11 Sentyabr, 2019

Rusiyanın GQ jurnalı bir neçə nominasiyada ölkənin ən yaxşılarını müəyyənləşdirib.

idman sahəsində bu, ABŞ-ın “Vaşinqton Kapitalz” hokkey klubunun kapitanı Aleksandr Oveçkin olub.

Halbuki Rusiyada ilin idmançısı olmağa namizədlər arasında Həbib Nurməhəmmədov (MMA), Pavel Kulijnikov (buzüstə sürətli konkisürmə), Yevgeni Klimov (xizəklə atlama) və Karen Xaçanov (tennis) kimi idmançılar vardı.