Viktoriya Bekhemin həyat yoldaşına ETİRAZI – Yeni hobbisi həyatımı məhv etməkdir – FOTO

13:29 | 11 Sentyabr, 2019

Viktoriya Bekhemin həyat yoldaşı futbolçu Devid Bekhem haqqında etdiyi son paylaşımı maraq doğurub.

Editor.az ölkə.az-a istinadən xəbər verir ki, əfsanəvi ingilis futbolçu Bekhemin son zamanlarda ən böyük əyləncəsi minlərlə hissədən ibarət mozaikanı tamamlamaqdır. Lakin Bekhem bir oyuna başlayanda bitirmədən ayağa qalxmır. Bu vəziyyətdən narazı olan arvadı Viktoriya ərinin həmin anlarını sosial media hesabında zarafatla paylaşıb.

”Axşam 21:45-də başlayıb, gecə yarısı 3-ə qədər mozaika dəsti ilə məşğul olub. Oyandıq. İlk işi yenə oyun oldu. Bütün planlarımız təxirə düşüb. Devidin yeni hobbisi həyatımı məhv etməkdir”.

Qeyd edək ki, 4 övladları olan cütlüyün sərvəti 1 milyard dollardan da artıqdı.

Diaspora.az