Xorvatiya millisinin 8 üzvü Bakıda virusa yoluxub – Həkimdən şok açıqlama

13:46 | 11 Sentyabr, 2019

Avro-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan milli komandası ilə 1:1 hesablı bərabərlik edən Xorvatiya yığmasının xal itirməsinin əsas səbəbi futbolçuların oyun öncəsi virusa yoluxması olub. 

Editor.az“sportnews”a istinadən xəbər verir ki, bu barədə Xorvatiya milli komandasının həkimi Zoran Bahtiyareviç məlumat verib. O, 8 futbolçunun virusa yolouxmasının komandada da zəiflik yaratdığını və bu səbəbdən xal itirdiklərini bildirib:

“Daliçin futbolçuların virusa yoluxması ilə bağlı bir şey deməməsi onun nə dərəcədə təvazökar biri olduğunu göstərir. Güman ki, bunu deməməklə hər hansı bəhanə gətirmək istəməyib. Lakin mən bildirim ki, oyundan öncə 8 futbolçumuz virusa yoluxdu. Biz onlara kömək etdik. Ancaq bunu biləndə artıq çox gec idi, bu səbəbdən onların halsızlığının qarşısını ala bilmədik. Oyun başlamamışdan öncə hakimə yaxınlaşıb vəziyyəti ona danışdım. Hətta oyun zamanı futbolçuların ayaqyoluna gedə biləcəklərini də dedim. O, buna təəccübləndi. Amma bu normal hal idi. Çünki bizim edə biləcəyimiz nəsə yoxdu”.

Həkim bildirib ki, yaşanan vəziyyətin Azərbaycan yeməkləri ilə heç bir bağlılığı olmayıb:

“Bunun Bakıdakı yeməklərlə heç bir əlaqəsi yoxdur, bizim aşbazımız vardı və ən yaxşı oteldə idik”.

Diaspora.az