backend

Azərbaycanda bələdiyyə sədri özünü öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şəkidə bələdiyyə sədri özünü asıb.
Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapılıb.
1971-ci il təvəllüdlü F.Rüstəmov evli olub, iki övladı var.
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət içi başlayıb, araşdırma aparılır.
///APA