Qəza törədən AzTV əməkdaşları narkotika vasitə təsiri altında olublar — ŞOK TƏFƏRRÜAT

02:56 | 12 Sentyabr, 2019

Ötən gün Bakının Səbail rayonu, Parlament prospektində avtomobil qəzasına düşən Azərbaycan Dövlət Televiziyasının (AzTV) 2 əməkdaşının xəsarət alması hadisəsi ilə bağlı təfərrüatlar ortaya çıxıb. 

Qəza baş verən zaman AzTV-nin İT-kreativ şöbəsinin əməkdaşları olan Nicat Əsədov və Samir Cəfərov avtomobildə 2 xanımla olublar.

Qəzaya səbəb onların narkotik vasitələrin təsiri altinda olması olub.

Qeyd edək ki, Parlament prospektində 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahid oğlu və daha 2 xanım xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

//demokrat.az