backend

"Liftin şaxtasına düşən şəxsin vəziyyəti ağırdır" – FHN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fövqəladə Hallar Nazirliyi Bakıda liftin şaxtaya düşməsi ilə bağlı məlumat açıqlayıb.
Editor.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, iyulun 13-də Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 58 A ünvanında tikintisi başa çatmamış yaşayış binasında liftin şaxtasına quraşdırılmış qaldırıcı qurğu qırılıb və nəticədə 1970-ci il təvəllüdlü Mərdiyev Ramiz Feyzi oğlu xəsarət alıb.
Yaralı şaxtadan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xəstənin vəziyyəti ağır kimi qiymətləndirilir.