Metronun “Xətai” stansiyası açıldı – FOTO

11:44 | 12 Sentyabr, 2019

“Bakı Metropoliteni”nin “Xətai” stansiyasının təmirdən sonra açılışı olub.

Bu barədə  qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, metronun “Şah İsmayıl Xətai” adına stansiyası artıq sərnişinlərin istifadəsinə verilib.

Qeyd edək ki, “Bakı metropoliteni”nin “Xətai” stansiyası ötən il sentyabr ayının 27-də təmirə bağlanmışdı.