backend

Bakı-Qazax yolunda ağır qəza: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonun Ənvər Məmmədxanlı  kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Qaracallı kənd sakini, 1993-cü il təvəllüdlü İsayev Razi Zülfüqar oğlunun idarə etdiyi “VAZ-21099” markalı minik maşını ilə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü R. İsayev hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır
///APA