Türkmənistan-Azərbaycan hökümətlərarası komissiyasının növbəti iclasında müzakirə olunan MƏSƏLƏLƏR

13:14 | 14 Sentyabr, 2019

Aşqabadda iqtisadi əməkdaşlıq üzrə Türkmənistan-Azərbaycan hökümətlərarası komissiyasının beşinci iclası keçirilib.

bu barədə Türkmənistan xarici siyasət idarəsinə istinadən məlumat verir.

İclası Türkmənistan tərəfindən baş nazirin müavini Purli Ağamıradova, Azərbaycan tərəfindən isə baş nazirin birinci müavini Yaqub Eyyubov idarə edib.

Tərəflər iki dövlət arasında ticarət dövriyyəsinin artırılması və müxtəlif sahələr üzrə birgə müəssisələr yaratmaq imkanlarını müzakirə ediblər. Bu istiqamətdə yüksək səviyyədə qarşılıqlı səfərlərin təşkil edilməsi də müzakirə olunub.

İclasda həmçinin ölkələr arasında avtomobil-bərə və dəmiryol-bərə əlaqəsinin qurulması məsələsi də gündəmə gətirilib.

Tərəflər iqtisadi əməkdaşlıq üzrə Türkmənistan-Azərbaycan hökümətlərarası komissiyasının altıncı iclasının 2020-ci ildə Bakıda keçirilməsi barədə qərar qəbul edib.

//Trend