Keçmiş məmurun qızı evində ÖLÜ TAPILDI – Tanınmış vəkil idi – FOTO

14:19 | 14 Sentyabr, 2019

Keçmiş Balıkesir Bələdiyə Başçısı Sami Gökdenizin qızı – tanınmış vəkil Ebru Gökdeniz evində ölü tapılıb.

Editor.az Milliyet-ə istinadən xəbər verir ki, onun nəşi dünən yerli vaxtla saat 19:40 radələrində yatağında aşkar edilib.

Prokurorluğun araşdırmasından sonra Gökdenizin ölüm səbəbi aydınlaşdırılmaq məqsədi ilə ədliyyəyə təqdim ediləcək.