Əfqanıstanda 2 polis 11 həmkarını öldürdü

14:36 | 14 Sentyabr, 2019

Əfqanıstanda 2 polis əməkdaşı 11 həmkarını güllələyərək qətlə yetirib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, insident ötən gün axşam saatlarında Qəndəhar əyalətinin Şah-Vali-Kot mahalında yerləşən “Damani” adlı polis məntəqəsində baş verib.

Şübhəli şəxslər özləri ilə silah və nəqliyyat vasitəsi götürərək hadisə yerindən qaçıblar.

Vilayətin təhlükəsizlik xidmətindəki mənbənin sözlərinə görə, hər iki şəxs bir müddət öncə xidmətə başlayıb və “Taliban” hərəkatının üzvləridir.

Faktla bağlı cinayət işi açılıb.

Hadisənin təfərrüatları araşdırılır.