Göygöldə ana və 5 yaşlı övladı xəstəxanalıq oldular

18:52 | 14 Sentyabr, 2019

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Göygöl şəhərində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı rayon sakini, 1996-cı il təvəllüdlü Bağırova Ulduz və onun 5 yaşlı övladı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.