Qazaxıstanda silah anbarı partladı: yaralananlar var

23:48 | 14 Sentyabr, 2019

Qazaxıstanın Arıs şəhərində silah-sursat anbarında partlayış qeydə alınıb.

Editor.az virtualaz.org-a istinadən bildirir ki, hadisə anbardakı silah-sursatları təmizləyən zaman baş verib. Nəticədə dörd nəfər yaralanıb.

Bildirilir ki, yaralılar Almatıdakı hərbi klinik xəstəxanaya çatdırılıblar. Hadisə ilə əlaqədar hərbi polis yoxlama aparır.