backend

Tovuzda qız sevdiyi oğlana görə qız özünü öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Almaniyadan Tovuz rayonuna gələn qız sevdiyi oğlana görə özünü hündürlükdən yerə atıb.
“Report”un Qərb bürosunun məlumatına görə, pəncərə silərkən 5-ci mərtəbədən yıxıldığı bildirilən qızın intihara cəhd etdiyi məlum olub.
Hadisə şahidlərinin verdiyi məlumata görə, iyulun 13-də günorta saatlarında rayonun Xəqani küçəsində yerləşən beşmərtəbəli binanın 5-ci mərtəbəsindən pəncərə silərkən yıxıldığı bildirilən, 1996-cı il təvəllüdlü Nərmin Elçin qızı Abbaszadənin sevdiyi oğlanın başqası ilə nişanlandığını eşitdikdən sonra  intihara cəhd edib.
Belə ki, ata-anasının boşandığı gündən sonra anası ilə birgə Almaniyada yaşayan qız, Tovuzda yaşayan xalası qızının avqust ayında keçirilməsi nəzərdə tutulan toy mərasimində iştirak etmək üçün gəliblər. O, burada uzun müddətir ki, sevdiyi oğlanın başqa bir qızla nişanlandığı xəbərini eşidib. Bundan sarsılan 21 yaşlı qız özünü qonaq qaldığı xalasının mənzilinin pəncərəsindən yerə atıb.
Hadisə şahidləri bildiriblər ki, 3-cü mərtəbədəki paltar asılqanlarına dəyən qız daha sonra binanın yaxınlığındakı ağacın budaqlarına dəyərək yerə düşüb və ağır xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım maşınıyla Tovuz Rayonunun Mərkəzi Xəstəxanasına aparılan yaralı əməliyyat olunub və böyrəklərindən biri aldığı xəsarətdən sonra sıradan çıxdığına görə əməliyyatla götürülüb və lazımi tibbi yardımlar göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Valideyinlərinin tək övladı olan N.Abbaszadənin hazırda həyatı təhlükəsi davam edir.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.