Masallıda bir ailə ağır qəzaya düşdü – 4 yaşlı uşaq öldü

16:37 | 16 Sentyabr, 2019
Masallı rayonunda ağır yol qəzası baş verib.
Editor.az Trend-ə istinadən xəbər verir ki, rayonun Köhnə Alvadı kəndində kənd sakini Əliyev Müzəffər Əli oğlu idarə etdiyi “Volvo” markalı avtomobillə hərəkətdə olarkən Cəlilabad rayon sakini Zeynalov Vilayət Bəşir oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində “VAZ 2106″nın sürücüsü, həyat yoldaşı Zeynalova Bənövşə Aydın qızı, övladları Zeynalov Sahil Vilayət oğlu və Zeynalova Tamara Vilayət qızı xəstəxanaya yerləşdirilib.
Zeynalov Sahil Vilayət oğlu xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.