Sürücü sükan arxasında ürək tutmasından öldü: maşın dərəyə yuvarlandı – VİDEO

20:06 | 16 Sentyabr, 2019

Bu gün günorta saat 14:10 radələrində Ələt-Astara-İran sərhəddi yolunda hərəkətdə olan 50 CG 162 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı avtomobilin sürücüsü 1952-ci il təvəllüdlü Əliağa Cəfərov sükan arxasında ürəktutmasından vəfat edib. Nəticədə avtomobil aşaraq yolun kənarına düşüb. 

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının 10-cu tağımının komandiri, polis mayoru Qulu Quliyev və tağımın əməkdaşları gəliblər.

Hadisə şahidi Akif Salmanov məlumat verib ki, sürücünün yanında həyat yoldaşı olub. O, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, Qulu Quliyev avtosfer.az-a bildirib ki, hadisə barədə araşdırma aparılır.