İranda polislərlə silahlılar arasında atışma: 1 polis ölüb, 3-ü yaralanıb

17:02 | 17 Sentyabr, 2019

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində polislərlə silahlılar arasında atışma baş verib.

bunu İranın Sistan və Bəlucistan vilayətinin İranşəhr rayonu prokuroru Möhsün Qolməhəmmədi deyib.
Onun sözlərinə görə, atışma nəticəsində 1 polis ölüb, daha 3 polis yaralanıb.
Silahlılar avtomobillə hadisə yerindən qaçıblar.
Cinayəti törədən şəxslərin axtarışı davam etdirilir.