Daha bir maşın maneəyə çırpıldı: ölən və xəsarət alanlar var

18:01 | 17 Sentyabr, 2019

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

rayonun Şəkili kəndində idarəetmədən çıxan “VAZ 2106” markalı avtomobil beton maneəyə çırpılıb. Qəza nəticəsində avtomobildə olan 4 nəfərdən biri ölüb, digər 3 nəfər isə ağır xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma başlanılıb.