Rusiyalı deputat iclasdan sonra öldübackend

Rusiyalı deputat iclasdan sonra öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Aleksandr Şalayev Rusiyanın Perm əyalətində sosial siyasət komitəsinin iclasından sonra ölüb.

Editor.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, deputatlar iclas zamanı sualların çoxluğundan uzun müddət oturmalı olublar. İclasdan sonra 53 yaşlı Şalayev kafeyə nahar etməyə yollanıb. Ancaq qəfil halı pisləşdiyindən təcili yardım çağrılıb.

Deputatın həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, millət vəkilinin ölümünə səbəb infarkt keçirməsi olub.