Azərbaycanda məhkəmə hakimi işdən çıxarıldı

16:34 | 18 Sentyabr, 2019

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

Editor.az-ın xəbərinə görə, iclasda Şura tərəfindən hakimlər barədə başlanılan intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına və korrupsiyaya şərait yaradan, süründürməçiliyə və digər neqativ hallara yol verdiklərinə görə 6 hakim intizam məsuliyyətinə cəlb edilib.

O cümlədən Bərdə Rayon Məhkəməsinin hakimi Seyfəli Seyfullayevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərar qəbul edilib.

Ciddi nöqsanlara yol verən bəzi hakimlərin fəaliyyətinin yerində öyrənilməsi qərara alınıb.