İstanbul və Ankaradan Azərbaycana ixrac 630 milyon dolları keçib

16:41 | 18 Sentyabr, 2019

2019-cu ilin yanvar-avqust aylarında İstanbul və Ankaradan Azərbaycana ixrac 630,854 milyon dollar təşkil edib.

bu barədə özəl olaraq Türkiyə İxracatçılar Birliyindən (TİM) bildiriblər.

Həmin müddət ərzində Ankaradan Azərbaycana ixrac 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 16,91 faiz artaraq 88,849 milyon dollar təşkil edib.

Eyni zamanda, İstanbuldan Azərbaycana ixrac 8,88 faiz artaraq 542,005 milyon dollara bərabər olub.

Avqust ayında Ankaradan Azərbaycana ixrac 2018-ci ilin avqustu ilə müqayisədə 18,78 faiz azalaraq 7,76 milyon dollar, İstanbuldan Azərbaycana ixrac 46,47 faiz artaraq 89,99 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin avqustunda Türkiyədən Azərbaycana ixrac ötən ilin avqustu ilə müqayisədə 23,68 faiz artaraq 138,2 milyon dollara bərabər olub.