Krım administrasiyasında bütün rəhbərlər istefa verdilər

11:55 | 19 Sentyabr, 2019

Krım administrasiyasında bütün rəhbərlər bölgə başçısı Sergey Aksenovun təklifindən sonra istefa veriblər.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bunu yeni komanda formalaşdırmaq üçün edib.

Aksenovun sözlərinə görə, tezliklə yeni seçilmiş millət vəkilləri administrasiya rəhbərlərinin vəzifələrini doldurmaq üçün müsabiqələrin keçiriləcəyi tarixləri təyin edəcəklər.

Xatırladaq ki, sentyabrın 8-də Krımda parlament seçkiləri keçirilib. Parlamentə 3 partiya daxil olub. “Vahid Rusiya” 75 mandatdan 60-nı, “Rusiyanın Liberal-Demokratik Partiyası” (LDPR) 10, “Rusiyanın Kommunist Partiyası” (KPRF) isə 5 yer qazanıb.