backend

Rusiya Xəzəryanı ölkələrlə bağlı planını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xəzər dənizində digər ölkələrlə kruiz turizmini inkişaf etdirmək niyyətindədir.
bu barədə Turizmin İnkişafı üzrə Federal Agentliyin rəhbəri Oleq Safronov bildirib.
“Biz Xəzər dənizində kruiz turizminin inkişafına dair məsələ üzərində işləyirik. Hesab edirik, bu, çox vacib və perspektiv istiqamətdir. Bu layihələr Rusiya Federasiyası, Azərbaycan, İran İslam Respublikası, Qazaxıstan və Türkmənistanı bir araya gətirə bilər. Beləliklə, hazırda mövcud olmayan tamamilə yeni, yüksək keyfiyyətli turizm layihəsi ortaya çıxacaq”, – deyə o qeyd edib
O. Safronovun sözlərinə görə, kruiz turizminin inkişafında əsas məsələ lazımi infrastrukturun yaradılmasıdır: “Sərnişin vağzalları, keçid məntəqələri və digər vacib strukturlar gələn ilədək hazır olmalıdır. Biz həmkar və dostlarımızın böyük marağının şahidi oluruq, İran və Azərbaycanı nəzərdə tuturam. Hamı bu layihədə maraqlıdır və bu layihənin meydana çıxması üçün fəal iş aparılır. Dünən Dağıstan rəhbərliyi ilə görüşdə də bu mövzunu müzakirə etdik, onlar da bizim fikrimizi dəstəklədilər”.
//APA