“Atəşgah” sığorta şirkətinin maşını qəzaya düşdü – 2 nəfər öldü

16:47 | 19 Sentyabr, 2019
Sumqayıtda “Atəşgah” sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, iki avtomobil – “Hyundai-İX35” və “Mercedes” toqquşub.
Qəza zamanı zərbənin gücündən “Mercedes” aşıb və qəfildən yanmağa başlayıb. Bu zaman avtomobildə yaralı vəziyyətdə olan 2 nəfər avtomobili tərk edə bilmədikləri üçün yanaraq kül olublar. Digər minik avtomobilində olan şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.