Tunisin eks-prezidenti Səudiyyə Ərəbistanında öldü

19:52 | 19 Sentyabr, 2019

Tunisin eks-prezidenti Zin əl-Abidin ben Əli 83 yaşında dünyasını dəyişib.

Editor.az bildirir ki, “Qafqazinfo” “Əl Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə Tunisin Dövlət Televiziyası məlumat yayıb. O, Səudiyyə Ərəbistanında dünyasını dəyişib.

Qeyd edək ki, Zin əl-Abidin 2011-ci ilin yanvarında “14 yanvar inqilabı”ndan sonra Səudiyyə Ərəbistanına qaçmaq məcburiyyətində qalmışdı. Onun haqqında qiyabi olaraq ömürlük həbs cəzası verilmişdi.