300 minlik maşın və daha nələr…. – İcra başçısı 1500 manat maaşla oğluna belə dəbdəbə yaradıb + FOTOLAR

02:26 | 20 Sentyabr, 2019

Göygöl Rayon İcra hakimiyyətinin başçısı Arif Seyidovun oğlu Samir Seyidovun dəbdəbəli həyatı sosial şəbəkələrin əsas mövzusu olub.

Editor.az 7NEWS.az-a istinadla xəbər verir ki, S.Seyidovun şəxsi profilində paylaşdığı görüntüləri incələsək, asan şəkildə onun milyonlarlara sahib olduğunu müşahidə edə bilərik.

Bahalı avtomobillər, bahalı hədiyyələr, eyş-işrət, bar həyatı paylaşılan fotolarda açıq-aydın görünür.

O da aydın görünür ki, başçının oğlunun sürdüyü maşının qiyməti 300 min manatı aşır…

Maraqlıdır, 1500 manat civarında maaş alan icra başçısı oğluna belə dəbdəbəli həyatı necə bəxş edib:
300 minlik maşın və daha nələr.... - İcra başçısı 1500 manat maaşla oğluna belə dəbdəbə yaradıb + FOTOLAR
300 minlik maşın və daha nələr.... - İcra başçısı 1500 manat maaşla oğluna belə dəbdəbə yaradıb + FOTOLAR