Keçmiş nazir 23 yaşlı kollec tələbəsini intim videoları ilə şantaj edərək zorlayıb – Ölkədə qalmaqal – FOTO

12:08 | 20 Sentyabr, 2019

Hindistanda keçmiş nazir təcavüzə görə tutulub.

Editor.az Sputniknews-a istinadla xəbər verir ki, Hindistanın “Bharatiya Janata” partiyasının sədri və keçmiş nazir Swami Chinmayanand polis tərəfindən saxlanılıb.

O, hüquq fakultəsində oxuyan 23 yaşlı tələbənin təcavüzlə bağlı şikayətindən 1 ay sonra saxlanılaraq təcridxanaya salınıb.

İddialara görə, siyasətçi 23 yaşlı qızı qaçırıb sonra da ona təcavüz edib. Qızın ifadəsinə görə siyasətçi onun çimən yerdə gizli çəkilən videoları ilə şantaj edərək zorlayıb.

Hadisə Hindistanın Uttar Pradeş ştatının Şahjahanpur vilayətində baş verib. Qız həmin nazir tərəfindən nəzarət olunan kollecin tələbəsi olub.